JavaScript is disabled. Please enable to continue!

Mobile search icon
Qidaların Analizi >> Qida Analizi Qrupları >> Karbohidrat Və Qida Lifləri

Karbohidrat Və Qida Lifləri

Sidebar Image

Karbohidrat Cm(H2O)n kimyəvi baxımdan ampirik formullu orqanik komponentdir. Bu, karbohidratların karbon, hydrogen və oksigendən əmələ gəlməsi deməkdir. Karbohidrat sözü daha çox biokimyadakı saxarid (yunan dilində şəkər deməkdir) ilə sinonimdir. Karbohidratlar dörd kimyəvi qrupa bölünürlər: monosaxaridlər, disaxaridlər, oliqosaxaridlər və polisaxaridlər.

Mono- və disaxaridlər, bir qayda olaraq, şəkər adlandırılırlar və kiçik molekul ağırlıqları var. Məsələn, qlükoza, fruktoza (mono), şəkər və laktoza (di). 

Oliqosaxaridlər xarakterik olaraq, ikidən onadək monosaxariddən təşkil olunurlar. Oliqosaxaridlər və xüsusilə, prebiotiklər istehlak olunduqları zaman bağırsaqlarda müxtəlif bakteriya qruplarını xəbərdar etdikləri üçün sağlamlığa müsbət təsirləri vardır. Polisaxaridlər karbohidrat polimerləri olub, homo və heteropolisaxaridlər kimi iki qrupa ayrılırlar. Nişasta, sellüloza, qlükogen və beta-qlükan bunlara misaldırlar, yəni bir növ monosaxariddən törəmiş karbohidratlardırlar. Hetero-polisaxaridlər fərqli növlərdən olan monosaxaridlərdən təşkil olunurlar və bunların hamısı qida lifləri kimi təsnif edilə bilər. Bunlara misal olaraq, hemisellüloza, pektin, pentozan, Siam paxlası qatranı və karragenandır.

Karbohidratlar qida və yemlərin çox əhəmiyyətli komponentləridirlər və enerji mənbəyi, şirinləşdirici, fiziki xüsusiyyətin müəyyənləşdirilməsi (toxuma və yapışqanlıq kimi) və qida lifi kimi çoxsaylı funksiyaları var. Bu da xammal da daxil olmaqla, qida və yemlərdəki karbohidrat birləşmələrində və tərkibində yüksək keyfiyyətli analizlərin aparılmasını məcburi tələbə çevirmişdir. 

Gündəlik karbohidrat testləri

Karbohidrat testlərimizin məqsədi maksimum sürətli məlumat vermə proseduru çərçivəsində ən düzgün şəkildə analiz həyata keçirməkdir. Mütəxəssis rəyi tələb edən bu cür testlərinizi etibarlı mənbələrə həvalə etməniz həm çalışmalarınızı əlavə məlumatla təmin edəcək, həm də mötəbər nəticələrlə Sizə zaman və pul qazandıracaq.  

Karbohidrat portfelimiz müxtəlif monosaxariddirdisaxxarid və oliqosaxarid testlərindən ibarətdir. Teslərə dair broşuramızı kompyuterinizə yükləyərək, gündəlik testlər olaraq həyata keçirdiyimiz testlərimizə nəzər sala bilərsiniz.

Monosaxaridlər molekulyar formulu CnH2nOn (burada n, bir qayda olaraq, 5 və ya 6-dır)  olan ən sadə karbohidrat vahidləridirlər. Pentozaya missal olaraq, ksiloza, riboza və arabinozanı göstərmək olar. Bu da karbohidratların beş karbon atomunun olduğunu göstərir. Fruktoza, qalaktoza, mannoza və ramnoza kimi karbohidratlar heksosdurlar, y\ni altı karbon atomuna malikdirlər və molekulyar formulları C6H12O6-dır. 

Disaxaridlər bir qlükosid bağı ilə birləşmiş iki monosaxariddirlər. Qlükosid bağdakı anomerik karobn strukturlaşdırılmasından asılı olaraq, α- və ya β-konfiqurasiyasına malik ola bilərlər. Disaxaridlərə misal olaraq, sellobiyoz, maltoza, sahip olabilirler. Disakkarit örnekleri, sellobiyoza, maltoz, sukroza və laktozanı göstərmək olar.

Oliqosaxaridlər səciyyəvi olaraq, 2-10 karbohidrat vahidinə malikdirlər. Oliqosaxaridlərin bir çox funksiyaları ola bilər. Adətən, zülallarda və ya lipidlərdə O- və ya N-əlaqəli, bir-birinə uyğun gələn amin turşusu kənar zəncirlərində rast gəlinirlər. Gündəlik olaraq həyata keçirdiyimiz testlərimiz malto-oliqosaxaridlər, palatinoza, verbaskoza və staxiozanı da əhatə edir. 

Alditol testi

Alditollar şəkər və ya poliol olaraq da məlumdurlar. Həm mono, həm də disaxarid ola bilərlər və şəkərlə müqayisədə daha az sayda kaloriyə malik olduqları üçün tez-tez qidalara əlavə edilirlər və beləliklə, az kalorili şirinləşdirici olaraq xarakterizə edilirlər. alditollar hidrogen karbohidrat formalarıdır ki, əslində, karbonil qrupları əsas və əlavə hidroksil qrupları ilə məhdudlaşdırılmışdır. Ərzaq məhsullarında bir sıra müxtəlif alditolla yanaşı, ksilitol, sorbitol, mannitol və izomalt kimi müxtəlif alditollardan istifadə olunur.   

Nişasta testi

Nişastalardakı ümumi müqavimət pozulmuş və ya jelatinləşdirilmiş nişasta tərkibi vasitəsilə ümumi maltodekstrini müəyyənləşdirmək üçün bir sıra metodlar hazırlamışıq. Fəaliyyyətlərimizə həmçinin amiloza / amilopektin nisbətinin həm saf nişastada, həm də qarışıq qidalarda müəyyənləşdirilməsi daxildir.

Nişasta təbii tərəvəz polisaxaridi olub, gündəlik qidalarımızda geniş çeşiddə rast gəlinir. Bitkilərdə qlükozanın saxlanılması funksiyası mövcuddur və beləliklə, onlar enerji mənbəyidirlər. Kimyəvi baxımdan, nişasta bir homopolimer qlükozasıdır. Uzun xətti, şaxələnməmiş 1 →4-α-D-glükoza vahidləri (amiloza) zəncirlərindən və (və ya) uzun α-1 →6 şaxəli zəncir 1 →4-α əlaqəli D-qlükoza vahidlərində (amilopektin) əmələ gəlir. Nişastalarda yenilənən vahid disaxarid-maltozadır.