JavaScript is disabled. Please enable to continue!

Mobile search icon
Qidaların Analizi >> Qida Məhsul Qrupları >> Taxıl Məhsulları

Taxıl məhsulları

Sidebar Image

Taxıl məhsulları insanlar və heyvanlar üçün başlıca qida mənbəyidir. Dünyada taxılçılıq sənayesindən başqa, demək olar ki, belə bir qlobal miqyasda fəaliyyət göstərən digər sektor yoxdur. Taxılçılıq sənayesinin gündəlik problemləri dünyada mövcud olan ticarət axınları və regional tendensiyalardır. Beynəlxalq ticarət kanalları, müxtəlif milli və beynəlxalq tədbirlər, istehlakçıların müxtəlif tələbatları mütəmadi olaraq ortaya yeni ehtiyacların çıxmasına səbəb olur.

Eurofins olaraq, geniş xidmət şəbəkəmiz vasitəsilə tələbatlarınıza uyğun seçimlər təqdim edirik. Təhlükəsiz və keyfiyyətli taxıl məhsulları ilə təmin edilmək istəyirsinizsə, geniş beynəlxalq portfelimizdən ehtiyacınız olan parametrləri seçə bilərsiniz. Məhsulların istehsal nöqtəsindən istehlakçıya qədər davam edən bütün tədarük zənciri boyunca Sizlərə yardım göstəririk. 

Pestisidlər, çirkləndiricilər, GDO, mikrobioloji, ümumi qida analizləri və qida sahəsində mövcud qanunvericilik kimi sahələrdə ixtisaslaşmış heyətimiz vasitəsilə qlobal tədarük zənciri və keyfiyyətə nəzarətlə bağlı bütün suallarınızı cavablandırmağa hazırıq.